Bank Of Baku

Marneulidə Heydər Əliyevin anım günü keçirilib - FOTO

Marneulidə Heydər Əliyevin anım günü keçirilib - <font color=red>FOTO</font>
# 09 dekabr 2009 11:28 (UTC +04:00)
Marneuli. Gürcüstanın Marneuli rayonunda Heydər Əliyevin anım günü keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir Tiflisdə Heydər Əliyevin büstünü ziyarətlə başlayıb. Marneulidəki Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Marneuli 3 saylı Azərbaycan orta məktəbinin tarix müəllimi Nərgiz Nəbiyeva Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycanın hüquqi dövlət quruculuğunda keçdiyi tarixi yol barədə məlumat verib.

Heydər Əliyevə həsr olunmuş anım günündə “Meydan” jurnalının əməkdaşı Ehtiram Əmirxanlı, “Region press” qəzetinin redaktoru Binnət Məmmədov, tədbirdə iştirak edən gənclərdən Aysel Piriyeva, Aygün Səfərova, Ağəli Qocayev, “Sarvan” rəqs qrupunun rəhbəri Cəmilə Məmmədova və başqaları çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR