Bank Of Baku

“Borçalı” Cəmiyyətinin sədri Gürcüstan prezidentinə müraciət edərək kəndlərin tarixi adlarının bərpasını istəyib

“Borçalı” Cəmiyyətinin sədri Gürcüstan prezidentinə müraciət edərək kəndlərin tarixi adlarının bərpasını istəyib
# 09 dekabr 2009 13:35 (UTC +04:00)
Bakı – APA. Azərbaycan “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli 1992-ci ildə Gürcüstanda əsassız olaraq dəyişdirilmiş kənd adlarının əvvəlki, tarixi adlarının bərpası xahişi ilə prezident Mixail Saakaşviliyə müraciət edib. Cəmiyyətin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məktubda mənəvi, hüquqi, tarixi, psixoloji cəhətdən milli azlıqların yaşadığı ərazilərdə toponimlərin dəyişdirilməsinin yolverilməzliyi əsaslandırılıb. Z. Məmmədli Borçalı türklərinin və Azərbaycanın Gürcüstan və gürcü xalqına dost münasibətini qeyd edərək tarixi ədalətsizliyin aradan qaldırılmasında demokrat Mixail Saakaşviliyə və müdrik gürcü xalqının iradəsinə inandığını söyləyib.

Xatırladaq ki, Gürcüstanda azərbaycanlılar yaşayan kəndlərin türk mənşəli adları gürcüləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR