Bank Of Baku

Sankt-Peterburq Akademik Filarmoniyasında Heydər Əliyevin Xatirə Gününə həsr olunmuş tədbir keçirilib - FOTOSESSİYA

Sankt-Peterburq Akademik Filarmoniyasında Heydər Əliyevin Xatirə Gününə həsr olunmuş tədbir keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 10 dekabr 2009 09:30 (UTC +04:00)
Sankt-Peterburq-APA. Heydər Əliyevin Xatirə Gününə həsr olunmuş tədbirlər çərçivəsində dəstəyi ilə dünən Dmitri Şostakoviç adına Sankt-Peterburq Akademik Filarmoniyasında soydaşımız, bəstəkar və orqan ifaçısı Arif Mirzəyevin konserti keçirilib. Bu barədə APA-ya Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğundan məlumat verilib. Konsulluğun və Sankt-Peterburqda Azərbaycanlıların Milli- Mədəni Muxtariyyətinin təşkilatçılığı ilə keçirilən konsertdə həmçinin Rusiyanın əməkdar artisti Daniil Zaretski də çıxış edib. Konsertdə Sankt-Peterburq administrasiyasının nümayəndələri, diplomatik korpusun təmsilçiləri, ictimai xadimlər və Azərbaycan diasporunun üzvləri iştirak ediblər. Filarmoniyanın foyesində “Qəlbimin bir hissəsi Rusiyadadır” adlı fotosərgi təşkil olunub. Tədbirdə qonaqları Sankt-Peterburq qubernatoru adından salamlayan xarici əlaqələr komitəsinin sədri Aleksandr Prpxprenko Heydər Əliyevi yüksək talantlı dövlət xadimi kimi xarakterizə edib, onun bütün gücünü və enerjisini öz Vətəninin inkişafı və çiçəklənməsinə sərf etdiyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR