Bank Of Baku

Vaşinqtonda Heydər Əliyevin xatirəsi yad edilib

Vaşinqtonda Heydər Əliyevin xatirəsi yad edilib
# 12 dekabr 2009 08:08 (UTC +04:00)
Vaşinqton. İzabel Levin-APA. Vaşinqtonda yaşayan azərbaycanlılar Heydər Əliyevin vəfatının 6-cı ildönümündə onun xatirəsini yad ediblər. APA-nın Vaşinqton müxbirinin verdiyi məlumata görə, bu münasıbətlə dünən Vaşinqtondakı İslam Mərkəzinin məscidində namaz qılınıb və ehsan verilib.

Tədbirlər çərçivəsində Bruklend İbtidai Məktəbi Azərbaycan haqqında təqdimat hazırlayıb. Mərasimdə uşaqlara Azərbaycan Respublikasının qurulması və Heydər Əliyevin rolu haqqında sənədli film nümayış olunub, sonra isə uşaqlar onlar üçün yeni, amma bu qədər maraqlı olan ölkə haqqında suallar vermək imkanı əldə ediblər.

“Birləşmiş Ştatların tarixində Corc Vaşinqton, Tomas Ceferson kimi çox mühüm şəxslər olub. Görünür ki, Heydər Əliyev də Azərbaycan üçün eyni rolu oynayıb”. Bu 10 yaşlı Coşuanın sözləridir.

Azərbaycan diasporasının nümayəndələri də Heydər Əliyevin xatirəsini yad ediblər. Onalrın bir çoxu Heydər Əliyevin onların həyatında həlledici rolu olduğunu deyiblər.

“Azərbaycan müstəqilliyini əldə edəndə mən çox kiçikdim. Həqiqətən də ölkəmiz üçün çox ağir zamanlar idi. Hər yerdə anarxiya idi. Hamı qorxu içində idi. Amma Heydər Əliyev hər şeyi dəyişdi. O, bizə ümid və sabitlik gətirdi”. Bu fikirlər riyaziyyat fakültəsinin tələbəsi Mehdi Yəhyayevə məxsusdur. İradə adlı soydaşımız isə Heydər Əliyevin SSRİ vaxtında da, müstəqillik dövründə də Azərbaycan üçün çox işlər gördüyünü bildirib: “Azərbaycanlılar onu heç vaxt unutmayacaqlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR