Bank Of Baku

Belarus Azərbaycan İcmaları Konqresi ABŞ Konqresinə və “Freedom House” təşkilatına etiraz məktubu göndərib

Belarus Azərbaycan İcmaları Konqresi ABŞ Konqresinə və “Freedom House” təşkilatına etiraz məktubu göndərib
# 17 dekabr 2009 08:06 (UTC +04:00)
Minsk-APA. Belarus Azərbaycan İcmaları Konqresi ABŞ Konqresinə etiraz məktubu göndərib. APA-nın məlumatına görə, məktubda ABŞ Konqresinin Dağlıq Qarabağdakı separatçı rejimə 8 milyon dollar məbləğində yardım ayırmasına etiraz öz əksini tapıb. Sənəddə qeyd olunur ki, insan hüquqları kimi müqəddəs dəyərlərin təbliği ilə məşğul olan ABŞ-ın qanunverici orqanının bir milyondan çox insanın hüquqlarını kobudcasına tapdalayıb, onları öz yurd-yuvasından didərgin salıb, minlərlə insanı qətlə yetirmiş bir rejimə maliyyə dəstəyi verməsinin məqsədi anlaşılmazdır: “Bu gün 8 milyon dollar pul ayırdığınız canilər Azərbaycanın Xocalı şəhərini bir gecədə yerlə yeksan ediblər, 613 insanı – uşağı, qocanı, cavanı, qadını, kişini məhz azərbaycanlı olduğuna görə öldürüblər”. Qeyd edək ki, Belarus Azərbaycan İcmaları Konqresinin ABŞ Konqresinə göndərdiyi məktuba Xocalı soyqırımının təfərrüatlarını əks etdirən fotoşəkillər də əlavə olunub.
Belarus Azərbaycan İcmaları Konqresi həmçinin mərkəzi ofisi Vaşinqtonda yerləşən “Freedom House” beynəlxalq hüquq müdafiə təşkilatının illik hesabatı ilə bağlı sözügedən təşkilatın ünvanına etiraz məktubu göndərib. Məktubda hərbi xuntanın rəhbərlik etdiyi Ermənistanın demokratik inkişaf yolunda inamla addımlayan Azərbaycanla müqayisə edilməsinə etiraz ifadə olunub. Məktubda qeyd olunur ki, işğalçı, bir milyon nəfərdən çox insanı öz yurd-yuvasından didərgin salan, dincə sakinlərin gülləbaran edildiyi, dəhşətli soyqırımı aktlarına imza atmış Ermənistanla Azərbaycanın müqayisə edilməsi acı təəssüf doğurur. Konqres beynəlxalq təşkilatların, dünya birliyinin Azərbaycan ərazisi kimi tanıdığı Dağlıq Qarabağın “Freedom House” təşkilatının hazırladığı xəritədə “mübahisəli ərazi” kimi göstərilməsinə də öz kəskin etirazını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR