Bank Of Baku

"Diasporun səsi" jurnalının təqdimat mərasimi keçirilib

"Diasporun səsi" jurnalının təqdimat mərasimi keçirilib
# 17 dekabr 2009 08:10 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Beynəlxalq Diaspora Mərkəzinin (BDM) təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qurumun "Diasporun səsi" jurnalının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə dünya azərbaycanlılarının həmrəyliyinin vacibliyi barədə danışan nəşrin baş redaktoru Vaqif Arzumanlı deyib ki, diaspora təşkilatları azərbaycanlıların birliyinin təmin olunmasında zəruri fəaliyyətlərini davam etdirməlidirlər. Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri haqda danışıb. Milli Məclisin deputatı Gülər Əhmədova mərkəzi digər təşkilatlarda fərqləndirən cəhətlər barədə fikirlərini bildirib. Onun sözlərinə görə, bəzi diaspora təşkilatları bir-biriləri ilə münaqişə vəziyyətində fəaliyyət göstərsə də, BDM bu siyasi xətdən uzaqdır: "Bu təşkilatın təşəbbüsü ilə Çanaqqalada şəhid olan Azərbaycan türklərinə abidə qoyulacaq". Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin sektor müdiri Qafar Əliyev dövlətin diaspora ilə iş sahəsində fəaliyyəti barədə danışıb: "Heydər Əliyevin təşəbbüsü ilə yaradılan müvafiq dövlət qurumları bu gün azərbaycanlıların xaricdə olan təşkilatlarının birgə fəaliyyətinə stimul verir". O, BDM-in fəaliyyətini dəstəklədiklərini də deyib. Toplantıda çıxış edən Milli Məclisin deputatı Sabir Rüstəmxanlı Azərbaycanın qarşılaşdığı problemlər və bunlardan çıxış yolları haqda fikirlərini söyləyib. Sonra diasporun inkişafında və fəaliyyətinin işıqlandırılmasında göstərdikləri xidmətə görə, bir neçə kütləvi informasiya vasitəsi APA İnformasiya Agentliyi fəxri diplomla təltif edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR