Moskvada Naxçıvan Muxtar Respublikasının yaranmasının 85 illiyinə həsr olunmuş tədbir keçirilib-FOTOSESSİYA
Tədbirdə çıxış edən səfir Polad Bülbüloğlu mərasimə qatılan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin nümayəndə heyətini Rusiyada yaşayan azərbaycanlılar adından salamlayıb, institutun rəhbərliyinə isə tədbirini təşkilinə görə təşəkkürünü bildirib. O tədbirin keçirilməsi təşəbbüsünün Heydər Əliyev Fonduna, o cümlədən fondun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevaya məxsus olduğunu, təşəbbüsün səfirlik tərəfindən dəstəkləndiyini bildirib.
“Naxçıvan Muxtar Respublikası Azərbaycanın bir hissəsidir, bura Azərbaycan və bütün dünyaya Heydər Əliyev kimi bir şəxsiyyət bəxş etmiş torpaqdır. Son illər ərzində Naxçıvanda bütün sahələrə sürətlə inkişaf edir. Naxçıvan Muxtar Respublikasının 85 illiyinin Rusiyada qeyd edilməsi mühüm hadisədir, çünki Rusiya bizim qonşumuz, strateji tərəfdaşımızdır”.
Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva bu il Naxçıvan Muxtar Respublikasının yaradılmasının 85 illiyinin tamam olduğunu və bu hadisənin yüksək səviyyədə qeyd edildiyini bildirib. O həmçinin institutun rəhbərliyini bu tədbirin təşkilində göstərdiyi köməyə görə təşəkkür edib: “Mədəni və tarixi kökləri, adət və ənənələri öyrənməklə, mövcud reallıqlarla və bir-birimizin uğurları ilə tanış olmaqla qarşılıqlı anlaşma və hörmətə əsaslanan münasibətlər qurmağı öyrənirik. Naxçıvan Azərbaycanın ayrılmaz hissəsidir. Hər şeydən əvvəl bura – tarixi çoxsaylı maraqlı faktlarla zəngin olan, minilliklərə söykənən bir diyardır. Əminəm ki, bu gün Naxçıvanın təbiəti, tarixi və müasir inkişafı haqqında çox şeylər danışılacaq. Siz muxtar respublikanın hansı çətinliklərlə üzləşdiyini və naxçıvanlıların bu çətinlikləri necə dəf etdiyini öyrənəcəksiniz. Naxçıvandan çıxan bütün görkəmli azərbaycanlılar hər kəsə məlumdur. Bu gün siz Naxçıvanın müasir simasını görəcəksiniz”.
Tədbirdə Naxçıvan Muxtar Respublikası baş nazirinin müavini Təranə Quliyeva, tarixçi professor Rudolf İvanov, Milli Məclisin üzvü Elmira Axundova, Moskva Dövlət Universiteti yanında Postsovet Məkanının Tədqiqi Mərkəzinin direktor müavini Aleksandr Karavayev məruzə ilə çıxış ediblər. Daha sonra tamaşaçılar Naxçıvan Muxtar Respublikasının 85 illik yubileyinə həsr olunmuş fotosərgi ilə tanış olublar. İştirakçılar üçün həmçinin muxtar respublikaya həsr olunmuş sənədli film nümayiş olunub. Tədbir bədii hissə ilə davam etdirilib, bədii hissədə Naxçıvan Muxtar Respublikasının incəsənət ustalarının çıxış ediblər.
Xəbər Lenti
CNN: Tramp administrasiyasının Rusiya ilə əməkdaşlığı Qərbin Moskvaya təzyiqini zəiflədir
Times: Britaniyada deportasiya qərarı verilmiş 20 minə yaxın əcnəbi cinayətkar qalır
Tramp: Ukrayna ilə bağlı razılaşmaya çox yaxınıq
Sandu: Moldova Rusiya qazından tamamilə imtina edib
"Nvidia" rəhbəri casusluqda şübhəli bilinən qadınla münasibətinə görə araşdırmaya cəlb olunub
Tramp öldükdən sonra cənnətə düşəcəyinə ümid edir
Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur
Rubio Əbu-Dabi danışıqlarından gözləntiləri və əsas müzakirə mövzusunu açıqlayıb
Əbu-Dabidə keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibi məlum olub
Tramp miqrantların deportasiyası siyasətinin həddindən artıq sərt olduğunu etiraf edib
“Qalatasaray”ın keçmiş futbolçusu Cevad Prekazi vəfat edib
Tramp: İranın Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq üçün xüsusi qrup fəaliyyətə başlayıb
Gəncədə 41 yaşlı kişi bıçaqlanıb
Almaniyada tələbələr noyabrın 20-də kütləvi tətil keçirməyi planlaşdırırlar
İstanbul ve Bursada tarixi tikililər Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Rusiya bir gündə Ukraynaya məxsus 50 PUA-nın vurulduğunu açıqlayıb
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb - VİDEO
Azərbaycanda Dövlət Bayrağı Günüdür
İranın Qeşm adasında 4 partlayış baş verib
İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar
Dublində avtomobil yeniyetmələrin üzərinə sürülüb, 8 nəfər xəsarət alıb
İran ABŞ-la təmasların dayandırılmasının səbəbini açıqlayıb
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Tramp: İranla genişmiqyaslı müharibənin yenidən başlaması ehtimalı azdır
ABŞ Konqresində demokratların lideri Pentaqon rəhbərinin impiçmentini dəstəkləyib
Al Arabiya: İraq nümayəndə heyəti ABŞ-ın mesajını İrana çatdırıb
Əraqçi: İran ABŞ-a Hörmüz boğazı ilə bağlı şərt qoyub
Naxçıvanda Zəfər Gününün 6 illiyi münasibətilə konsert və atəşfəşanlıq təşkil olunub
Xankəndidə Zəfər Günündə bayram konserti keçirilib - FOTO
İsrail Prezidenti Qadi Ayzenkota hökuməti formalaşdırmaq mandatı verib
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO
Hulusi Kılıç: Ərdoğan və Əliyevin Şuşadan verdiyi qardaşlıq mesajı bütün Türk dünyasının qürurudur
Misirdə sərnişin qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 7-yə çatıb - YENİLƏNİB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Türkiyə mediası: Prezident İlham Əliyev COP31 sammitində iştirak edəcək
İstanbulda “15 Temmuz” körpüsündə Azərbaycan bayrağı proyeksiya olunub
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
Azərbaycan və Türkiyə prezidentləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO - YENİLƏNİB
Yeni Zelandiyada parlament seçkilərinin qalibi müəyyənləşməyib
Türkiyə Super Liqası: “Fənərbaxça” səfərdə böyük hesablı qələbə qazanıb
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb - VİDEO
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır - FOTO
İranda partlayışlar baş verib, Hörmüz boğazında gəmilərə hücum edilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO - VİDEO - YENİLƏNİB
Qazaxda yük avtomobilinin sürücüsü sükan arxasında ölüb
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib