Bank Of Baku

Tiflisdə Azərbaycan dilli məktəblərin şagirdlərinin rəsmlərindən ibarət sərgi keçirilir- FOTOSESSİYA

Tiflisdə Azərbaycan dilli məktəblərin şagirdlərinin rəsmlərindən ibarət sərgi keçirilir- <font color=red>FOTOSESSİYA</font>
# 17 dekabr 2009 17:18 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Bu gün Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə Tiflisin “Korala” rəsm salonunda 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr edilmiş məktəblilərin 4-cü rəsm sərgisi keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, sərgidə 24 Azərbaycan dilli məktəbin şagirdlərinin çəkdiyi 368 rəsm nümayiş etdirilir. Sərgini Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev açıb. Tədbirdə Gürcüstanın birinci xanımı Sandra Rulovs, Gürcüstan İncəsənət Akademiyasının rektoru, professor Qiya Buxadze və başqaları çıxış ediblər.

Sərgidə gənc məktəbli rəssamlardan Marneuli 3 saylı Azərbaycan orta məktəbinin VIII sinif şagirdi Türkan Yusifovanın çəkdiyi rəsm birinci yeri tutub, məktəbli televizorla mükafatlandırılıb. Bundan başqa, II, III yeri tutanlara mükafatlar, 10 şagirdə həvəsləndirici mükafat, eyni zamanda 2 şagirdə müsabiqədən kənar mükafat və srəginin keçirilməsində fəallıq göstərən məktəb direktorlarına diplomlar təqdim olunub. Mükafatları S. Rulovs və N. Əliyev təqdim ediblər.

Tədbirdə diplomatik korpusun nümayəndələri, hökumət üzvləri, Gürcüstan parlamentinin azərbaycanlı və gürcü deputatları, rəssamlar və yaradıcı şəxslər iştirak ediblər.

Gürcüstanın birinci xanımı jurnalistlərə açıqlamasında sərgini çox bəyəndiyini bildirib: “Bu sərgiyə bir də baxmağa gələcəyəm və əsərlərdən birini seçəcəyəm. Rəsmlərə baxanda nağıllar aləminə düşürsən”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR