Bank Of Baku

Nazim İbrahimov: “Artıq diaspor təşkilatlarımız praktik iş görmək mərhələsinə çatıblar”

Nazim İbrahimov: “Artıq diaspor təşkilatlarımız praktik iş görmək mərhələsinə çatıblar”
# 18 dekabr 2009 09:56 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Gələn il Bakıda Dünya Azərbaycanlı Gənclərin 1-ci Konqresi keçiriləcək. APA-nın xəbərinə görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib. O, dünya azərbaycanlılarının növbəti qurultayının 2012-ci ildə keçiriləcəyini söyləyib.

N. İbrahimov bildirib ki, artıq xarici ölkələrdəki Azərbaycan diaspor təşkilatları praktik iş görmək mərhələsinə gəlib çatıblar: “Azərbaycanın diaspor təşkilatları dünyada geniş fəaliyyətə başlayıb. Bizim diaspor təşkilatlarının təsir imkanları yaranıb, onlar fəaliyyət göstərdikləri ölkələrin seçkili orqanlarında iştirak edirlər. Prezident İlham Əliyevin dediyi kimi, artıq müdafiədən hücuma keçilib. Diaspor təşkilatlarına siyasi cəhətdən yetkin insanlar başçılıq edir”.

N. İbrahimovun sözlərinə görə, gələn il də diaspor təşkilatları tərəfindən bir çox tədbirlər keçiriləcək: “Həm 20 Yanvar faciəsinin, həm də Xocalı soyqırımının ildönümü ilə bağlı bütün diaspor təşkilatlarının tədbirləri olacaq. Bunun üçün heç bir diaspor təşkilatına göstəriş verməyə ehtiyac yoxdur”.

Xocalı soyqırımının indiyədək heç bir dövlət tərəfindən tanınmamasına toxunan komitə sədri bunun mürəkkəb proses olduğunu vurğulayıb: “Soyqırımın tanınması mürəkkəb prosesdir. Dost dövlətlər belə bu addımdan çəkinirlər” .
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR