Bank Of Baku

Diasporla İş üzrə Dövlət Komitəsi virtual həftə sonu məktəbi yaradır

Diasporla İş üzrə Dövlət Komitəsi virtual həftə sonu məktəbi yaradır
# 18 dekabr 2009 10:41 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev – APA. Diasporla İş üzrə Dövlət Komitəsi “Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası”na uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu ilə birlikdə virtual həftə sonu məktəbinin yaradılması istiqamətində iş aparır. APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov məlumat verib. Komitə sədri deyib ki, layihənin məqsədi xarici ölkələrdə yaşayan azərbaycanlı uşaqlara və gənclərə müasir informasiya texnologiyaları vasitəsilə ana dilini, Azərbaycan tarixini, mədəniyyətini, coğrafiyasını tədris etməkdir: “Komitəmizin təbliğat, informasiya və analitik təhlil şöbəsi müvafiq tədbirlərin görülməsinə başlayıb. Yaxın vaxtlarda layihənin hazırlanması başa çatdırılacaq və təqdimat mərasimi keçiriləcək” .
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR