Bank Of Baku

Gürcüstan dövlət nazirinin müavini: “Azərbaycan dilli məktəblərdə kadr çatışmır”

Gürcüstan dövlət nazirinin müavini: “Azərbaycan dilli məktəblərdə kadr çatışmır”
# 19 dekabr 2009 11:30 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstanın Reinteqrasiya Nazirliyi gələn həftə dövlət qarşısında hesabatla çıxış edəcək. APA-nın Gürcüstan bürosunun məlumatına görə, reinteqrasiya məsələləri üzrə dövlət nazirinin müavini Yelena Tevdoradze bildirib ki, nazirlik prezidentin təşəbbüsü ilə hazırlanmış “Tolerantlığın və Mülki İnteqrasiyanın Milli Konsepsiyası və Mülki Plan” adlı konsepsiya çərçivəsində görülmüş işlər barədə məlumst verəcək: “Hesabatımız hazırdır. Biz milli konsepsiyanı analiz edərək belə qənaətə gəlmişik ki, əsas və başlıca müddəa dövlət dilinin öyrədilməsidir. Biz istəyirik ki, milli azlıqlar gürcü diliini mükəmməl öyrənsinlər, ancaq gürcü cəmiyyətinə inteqrasiya olunanda assimilyasiyaya uğramasınlar. Biz çalışırıq ki, onlar öz adət-ənənələrini, mədəniyyətlərini, dillərini və bir-biri ilə ana dilində danışıq ünsiyyətini qoruyub saxlaya bilsinlər. Eyni zamanda, biz istəyirik ki, milli azlıqlar dövlətin onlara qayğısını da hiss etsinlər.”

Y. Tevdoradze hesabatda milli azlıqların təhsilində yaranmış çatışmazlıqlara da yer ayrıldığını vurğulayıb. Nazir müavini milli məktəblərdə pedaqoji kadrların çatışmadığını deyib: “Bu, xüsusilə Azərbaycan dilli məktəblərə aiddir. Bu problem yalnız Kvemo-Kartlidə deyil, Kaxeti bölgəsində fəaliyyət göstərən Azərbaycan dilli məktəblərdə də mövcuddur. Bizim nazirliyimiz Gürcüstan prezidentinin siyasətini və ideyalarını həyata keçirən bir dövlət təşkilatıdır. Biz yerli hakimiyyət orqanları, QHT-lər, milli azlıqların nümayəndələri və jurnalistlərlə əməkdaşlıq edirik. Biz, eyni zamanda, əhali ilə tez-tez görüşür, onların problemlərini öyrənir, həll yollarını axtarırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR