Bank Of Baku

Sevastopolda azərbaycanlı döyüşçülərin şərəfinə ucaldılmış abidəni dağıdan şəxslərin işi məhkəməyə göndərilib

Sevastopolda azərbaycanlı döyüşçülərin şərəfinə ucaldılmış abidəni dağıdan şəxslərin işi məhkəməyə göndərilib
# 21 dekabr 2009 10:00 (UTC +04:00)
Krım-APA. II dünya müharibəsində Sevastopolun azadlığı uğrunda həlak olmuş azərbaycanlı döyüşçülərin xatirəsinə ucaldılmış abidəni dağıdan şəxslərin cinayət işi məhkəməyə göndərilib. Krımdakı Azərbaycan icmasının sədri Rəhim Hümbətovun APA-ya verdiyi məlumata görə, cinayət işi üzrə məhkəmə istintaqı Balaklavsk rayon məhkəməsində baxılacaq. Məhkəmənin hazırlıq iclasının yanvarın sonunda, yaxud fevralın əvvəllərində keçiriləcəyi gözlənilir.

Xatırladaq ki, Sapun dağında azərbaycanlı döyüşçülərin şərəfinə ucaldılmış abidənin dağıdılmasının təşəbbüskarı 1962-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Eduard Arakelyan olub. O yerli sakin, 1967-ci il təvəllüdlü Andrey Qanini vandalizm aktı törətmək üçün dilə tutub. Cinayətkarlar dəmir lövhəni hissələrə bölərək metal tullantısı qəbul edən məntəqəyə satıblar. Hazırda hər iki şəxs Sevastopol istintaq təcridxanasında saxlanır. Cinayətləri sübuta yetiriləcəyi təqdirdə onları 5 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir. Rəhim Hümbətov Krımın azərbaycanlı icmasının prosesi diqqətdə saxladığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR