Bank Of Baku

Gürcüstan parlamentində donor təşkilatların ayırdığı vəsaitlərin xərclənməsinin monitorinqi ilə bağlı toplantı keçirilib

Gürcüstan parlamentində donor təşkilatların ayırdığı vəsaitlərin xərclənməsinin monitorinqi ilə bağlı toplantı keçirilib
# 22 dekabr 2009 15:23 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstan parlamentində Böhran Əleyhinə Şuranın iclası keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, şura Brüssel donor konfransının Gürcüstana ayırdığı maliyyə vəsaitinin məqsədəuyğun xərclənməsi məsələsinə baxıb və həmin xərclərin monitorinqinə dair materialların təqdimatını keçirib.

Böhran Əleyhinə Şuranın sədri Giya Tortladze APA-ya bildirib ki, Gürcüstanın İmereti, Quriya, Kaxeti, Msxeta, Zemo Svaneti, Şida Kartli və Kvemo-Kartli bölgələrinə ayrılmış vəsaitlər nəticəsində bir çox infrastruktur layihələri həyata keçirilib: “Vəsaitin çoxunu ABŞ, Dünya Bankı, Yaponiya və Almaniyanın donor təşkilatları ayırıb. Azərbaycanlıların kompakt yaşadıqları Kvemo-Kartli bölgəsində bir neçə layihə reallaşdırmışıq. Yollar, kənd və şəhərlərdə infrastrukturun bərpası, kanalizasiya sistemlərinin qurulması bu layihələrin özəyini təşkil edib. Layihələr həyata keçirilərkən rayonlarda və kəndlərdə əhali ilə görüşüb onların problemlərini öyrənmişik. Suvarma suyunun tənzimlənməsi məsələsi Kvemo-Kartli bölgə əhalisinin əsas problemidir. Burada əhali torpağı becərməklə məşğuldur. İnsanlar öz təsərrüfatlarını suvara bilmirlər. Hazırda iki rayonda bu istiqamətdə iş gedir. Marneuli, Bolnisi, Qardabani rayonlarında da bu vacib problemlə bağlı layihələr həyata keçiriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR