Bank Of Baku

Gürcüstan Azərbaycanlıları Konqresi Barak Obamaya müraciət edib

Gürcüstan Azərbaycanlıları Konqresi Barak Obamaya müraciət edib
# 23 dekabr 2009 02:07 (UTC +04:00)
Bakı – APA. Gürcüstan Azərbaycanlıları Konqresi ABŞ prezidenti Barak Obamaya müraciət edib.
APA-nın məlumatına görə, müraciətdə ABŞ Konqresinin Dağlıq Qarabağın separatçı rejiminə maliyyə yardımı göstərilməsi haqda qərarına veto qoyulması xahiş edilir: “ABŞ Dağlıq Qarabağ əhalisinə maliyyə köməkliyi göstərmək qərarına gəlibsə, bunu beynəlxalq hüquq normaları çərçivəsində - Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmətlə yanaşaraq, Azərbaycan vasitəsilə həyata keçirməlidir”.
Analoji müraciətlə Gürcüstanda fəaliyyət göstərən “Tolerans” insan hüquqlarının müdafiəsi ictimai birliyi də çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR