Bank Of Baku

Tiflisdə və Sadaxlı kəndində Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş tədbirlər keçirilib

Tiflisdə və Sadaxlı kəndində Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş tədbirlər keçirilib
# 28 dekabr 2009 07:20 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstanın paytaxtı Tiflisdə Mirzə Fətəli Axundov muzeyinin təşəbbüsü, Gürcüstanın Mədəniyyət Nazirliyinin və Tiflis şəhər meriyasının dəstəyi ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş tədbir keçirilib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, tədbirdə Gürcüstan prezidentinin anası Giuli Alasaniya, parlamentin İnsan hüquqları komitəsinin sədri Giya Arsenişvili, reinteqrasiya nazirinin müavini Yelena Tevdoradze, parlamentin azərbaycanlı deputatı Azər Süleymanov və Tiflis şəhər rəhbərliyinin nümayəndələri iştirak edib.
Ermənistanla sərhəddə yerləşən Sadaxlı kəndində də Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib. Tədbirdə Gürcüstanda fəaliyyət göstərən bir neçə QHT rəhbəri, məktəb direktorları, ictimaiyyətin nümayəndələri, kənd ziyalıları iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR