Bank Of Baku

Marneulidə “Gürcü dilinin öyrədilməsi proqramı”nın yekunlarına həsr olunmuş tədbir keçirilib

Marneulidə “Gürcü dilinin öyrədilməsi proqramı”nın yekunlarına həsr olunmuş tədbir keçirilib
# 28 dekabr 2009 07:39 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə - APA. Dekabrın 27-də Gürcüstanın Marneuli şəhərinin “Qaya” şadlıq sarayında “Gürcü dilinin öyrədilməsi proqramı”nın yekunlarına həsr olunmuş tədbir keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Kvemo-Kartli Azərbaycanlı Gənclər Təşkilatının təşəbbüsü və Gürcüstan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən tədbirdə nazirliyin gənclərlə iş üzrə departament direktoru Giya Xulelidze, parlamentin azərbaycanlı deputatları Azər Süleymanov və Ramin Bayramov çıxış ediblər.

G. Xulelidze APA-ya açıqlamasında azərbaycanlı gənclərdən və məktəblilərdən çox razı qaldığını söyləyib: “Onlar qısa müddət ərzində gürcü dilini öyrəniblər. İndi onların ali məktəblərə daxil olması asanlaşacaq və bu layihəmiz əsasında dil öyrənənlər cəmiyyətə daha tez inteqrasiya olunacaqlar. Belə proqramlar gələn il də davam edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR