Bank Of Baku

Bişkekdə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbir keçirilib

Bişkekdə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbir keçirilib
# 28 dekabr 2009 13:13 (UTC +04:00)
Bakı – APA. Qırğızıstanın paytaxtı Bişkek şəhərində Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbir keçirilib. APA-nın “Kabar” agentliyinə istinadən verdiyi məlumata görə, tədbirdə Qırğızıstan parlamentinin (Joqorku Keneş) sədr müavini Çolpon Baekova, parlamentin Reqlament və etika komitəsinin sədri Şaripa Sadıbakasova, deputatlar, Qazaxıstanın Qırğızıstandakı səfiri, alimlər, Azərbaycan, Türkiyə, Tacikistan diasporalarının nümayəndələri, tələbələr iştirak edib.

Mərasimi Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun rəhbəri Nüsrət Məmmədov açdıqdan sonra söz parlamentin sədr müavini Ç. Baekovaya verilib. O, Azərbaycan və qırğız xalqlarının yaxınlığından və Azərbaycan diasporasının təşkilatlanmasından danışıb. Sonda müxtəlif xalqların mahnılarının ifa olunduğu bədii hissə keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR