Bank Of Baku

Krımın Azərbaycan İcması saxta “erməni soyqırımı”nı tanıyan İzyum Şəhər Şurasından Xocalı soyqırımını da tanımağı tələb edib

Krımın Azərbaycan İcması saxta “erməni soyqırımı”nı tanıyan İzyum Şəhər Şurasından Xocalı soyqırımını da tanımağı tələb edib
# 28 dekabr 2009 14:39 (UTC +04:00)
İcmanın sədri Rəhim Hümbətovun APA-ya verdiyi məlumata görə, məktubda bu il oktyabrın 10-da Sürixdə Türkiyə ilə Ermənistan arasında imzalanmış protokollarda tarixi faktların araşdırılmasının nəzərdə tutulduğu xatırladılır: “Belə çıxır ki, İzyum Şəhər Şurası türk və erməni alimlərini qabaqlayaraq öz hökmünü verib. Ukrayna Konstitusiyasının 140-cı maddəsinə əsasən yerli özünüidarə orqanları yalnız yerli xarakterli məsələləri həll edir. Aydındır ki, İzyum Şəhər Şurası bu qərarı verərkən öz səlahiyyət çərçivəsindən kənara çıxıb. Qərarın Ukrayna dövlətinin marağına uyğun olmadığı və dost ölkə Türkiyə ilə münasibətlərdə beynəlxalq böhrana səbəb ola biləcəyi də bəllidir. Məlumat üçün sizə bildirirəm ki, Dağlıq Qarabağ münaqişəsi zamanı ermənilər azərbaycanlıların yaşadığı Xocalı şəhərinin sakinlərinə qarşı soyqırım həyata keçiriblər. Bu barədə çoxlu sayda kitab, məqalə yazılıb, film çəkilib. Lazım olsa, mən sizin deputatlarınıza nümayiş etdirmək üçün bu barədə sənədli film göndərə bilərəm. Bütün bunları nəzərə alaraq mən sizdən Xocalı soyqırımını tanımağınızı və bu barədə Ukrayna rəhbərliyinə müraciət ünvanlamağınızı xahiş edirəm”.

Qeyd edək ki, R. Hümbətov Krım Nazirlər Şurasının İdarələrarası Şurasının üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR