Bank Of Baku

Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə Azərbaycanın Rumıniyadakı səfirliyində tədbir keçirilib

Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə Azərbaycanın Rumıniyadakı səfirliyində tədbir keçirilib
# 28 dekabr 2009 16:05 (UTC +04:00)
Bakı-APA. Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə Azərbaycanın Rumıniyadakı səfirliyində tədbir keçirilib. Səfirlikdən APA-ya verilən məlumata görə, tədbirə Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar, Heydər Əliyev Fondu-Rumıniya nümayəndəliyi, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyası, Rumıniya-Azərbaycan Ticarət və Sənaye Palatası, ARDNŞ-nin Rumıniyadakı nümayəndəliyinin rəhbər və idarə heyətləri, üzvləri iştirak ediblər. Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənov tədbiri giriş sözü ilə açaraq azərbaycanlıları həmrəylik günü münasibətilə təbrik edib. Daha sonra Azərbaycan prezidenti İlham Əliyevin Həmrəylik Günü ilə əlaqədar dünya azərbaycanlılarına müraciətinin mətni ilə iştirakçıları tanış edən səfir E. Həsənov, müraciətdə də qeyd olunduğu kimi ilk dəfə bu günün qeyd olunmasının Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb.

Səfir Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının və Rumıniya-Azərbaycan Ticarət və Sənaye Palatasının il ərzində apardıqları fəaliyyətini yüksək qiymətləndirərək, onların iki ölkə arasında dostluq, əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsində böyük xidmətləri olduğunu qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR