Bank Of Baku

Berlində “Azərbaycan evi” açılır

Berlində “Azərbaycan evi” açılır
# 29 dekabr 2009 07:35 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Bu gün Almaniyanın paytaxtı Berlində “Azərbaycan evi”nin yeni binasının açılış mərasimi keçiriləcək. APA-nın xəbərinə görə, tədbirdə Milli Məclisin deputatları Əkrəm Abdullayev və Nizami İsgəndərov da iştirak edəcəklər. 2006-cı ildə Almaniyada yaşayan azərbaycanlılar tərəfindən yaradılan bu təşkilatın əsas məqsədi Azərbaycanın zəngin mədəniyyəti, incəsənəti və tarixini alman ictimaiyyətinə tanıtmaq və Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqdan ibarətdir.
Səfər çərçivəsində Milli Məclisin deputatları Almaniyadakı Azərbaycan diasporasının nümayəndələri ilə görüşəcək, həmvətənlərimizin fəaliyyəti ilə yaxından tanış olacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR