Bank Of Baku

Milli Məclisin üzvləri Qənirə Paşayeva və Həvva Məmmədova Gürcüstanda səfərdədir

Milli Məclisin üzvləri Qənirə Paşayeva və Həvva Məmmədova Gürcüstanda səfərdədir
# 30 dekabr 2009 14:32 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə - APA. Dekabrın 30-da Gürcüstanın Marneuli şəhərindəki “Qaya” şadlıq sarayında Azərbaycan millət vəkilləri Qənirə Paşayeva və Həvva Məmmədova ilə görüş keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüşdə Gürcüstanın ali məktəblərində təhsil alan 80 tələbə iştirak edib.

Milli Məclisin Azərbaycan-Gürcüstan dostluq qrupunun rəhbəri Qənirə Paşayeva çıxışında Gürcüstanda yaşayan azərbaycanlıları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib. O bildirib ki, Gürcüstanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrə təqaüd verilməsi Azərbaycan prezidentinin siyasətinin tərkib hissəsidir: “Soydaşlarımız öz ata-baba yurdlarında yaşayırlar. Eyni zamanda Azərbaycanı da vətən hesab edirlər. Azərbaycan həmişə onların qayğısına qalıb. Son illər Azərbaycan hökumətinin, eyni zamanda Heydər Əliyev Fondunun, Diasporla İş üzrə Dövlət Komitəsinin Gürcüstanda kompakt yaşayan soydaşlarımızın rifahının yüksəldilməsi, onların gürcü cəmiyyətinə inteqrasiyası üçün həyata keçirdiyi layihələr Azərbaycanla Gürcüstan arasında inkişaf edən münasibətlərin daha da yaxşılaşmasına gətirib çıxarıb. Gürcüstan ali məktəblərində təhsil alan 400-dən çox gəncin tamhüquqlu Gürcüstan vətəndaşı olmaq imkanları daha çoxdur. Buna görə də yaxşı təhsil, gürcü və ingilis dillərini, kompüteri mükəmməl bilmək ən önəmli faktorlardır”.

Tədbirdə millət vəkili Həvva Məmmədova, Kvemo-Kartli bölgə qubernatorunun müavini Hüseyn Yusifov, ARDNŞ-in Gürcüstan nümayəndəliyinin nümayəndəsi Arif Əliyev də çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR