Bank Of Baku

ABŞ-dakı Azərbaycan diasporu xalqı təbrik edib

ABŞ-dakı Azərbaycan diasporu xalqı təbrik edib
# 30 dekabr 2009 16:44 (UTC +04:00)
Vaşinqton. İzabel Levin – APA. “2009-cu il Amerikadakı Azərbaycan diasporu üçün çox əhəmiyyətli il olub”. APA-nın Vaşinqton müxbirinin məlumatına görə, Azərbaycan-Amerika Şurası İdarə Heyətinin yaydığı bəyanatda belə deyilir. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edən İH üzvləri, başa çatmaqda olan il ərzində ABŞ-dakı Azərbaycan və Türkiyə təşkilatlarının Azərbaycanın maraqlarının müdafiə etməsini, Azərbaycan ictimaiyyətini narahat edən məsələlər barədə maarifləndirmə işinin aparılmasını qeyd ediblər: "Ümid edirik ki, 2010-cu il ərzində bütün azərbaycanlılar və Azərbaycanın dostları ilə əməkdaşlığımız davam edəcək və daha da genişlənəcək”.

Açıqlamada həmçinin bildirilir ki, 20 il əvvəl - 1989-cu ilin son günü Araz çayı sahillərinə toplaşan minlərlə azərbaycanlı İran və Sovet İttifaqı arasındakı sərhəd çəpərlərini keçib və 70 il bir-birilərindən ayrı düşmüş ailələr yenidən qovuşublar: “Dekabrın son günü hər il Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunur. Bu bayram azərbaycanlıların təkcə repressiv imperiyalara qarşı azadlıq mübarizəsini yox, həm də Azərbaycanın perspektivli gələcəyi üçün bütün dünyadakı həmvətənlərimizin birliyini təcəssüm etdirir. Bütün dünya azərbaycanlılara qoşularaq, bu gün münasibətilə Azərbaycan xalqını təbrik edirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR