Bank Of Baku

Türkiyədə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə mətbuat konfransı keçirilib

Türkiyədə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə mətbuat konfransı keçirilib
# 31 dekabr 2009 05:27 (UTC +04:00)
Bakı – APA. Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə mətbuat konfransı keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mətbuat konfransında media təmsilçiləri ilə yanaşı, Türkiyədə təhsil alan azərbaycanlı tələbələr də iştirak ediblər. Bilal Dündar KİV-ə açıqlamasında bildirib ki, Türkiyənin də son dönəmlərdə yaşadığı problemlərdən dolayı belə bir həmrəyliyə, birliyə ehtiyacı var: “Əgər bir yerdə parçalanma varsa, orada heç vaxt uğur ola bilməz. Türkiyə ətrafında oynanan oyunlar qarşısında bu ölkənin də güclü birlik və bərabərliyə ehtiyacı var”.

Türk dünyasının da həmrəy olmasını zəruri sayan Bilal Dündar dünyadakı Azərbaycan və türk diasporunu birgə fəaliyyətinin uğurlarını, bu ortaqlığın əsas məqsədinin beynəlxalq aləmə erməni terroru mövzusunda ciddi bilgilər çatdırılması olduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR