Bank Of Baku

Donetsk şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib

Donetsk şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib
# 31 dekabr 2009 00:37 (UTC +04:00)
Bakı – APA. Ukraynanın Donetsk şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bayram tədbiri keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbiri Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi və Dünya Azərbaycanlıları Konqresinin Ukraynadakı təmsilçiliyi birlikdə təşkil edib.

Donetsk şəhərinin Opera və Balet Teatrında keçirilən mərasimdə Diasporla İş üzrə Dövlət Komitəsinin, Ukrayna Azərbaycanlıları Konqresinin, bu şəhərdə şəhərində fəaliyyət göstərən Donetsk Azərbaycanlıları Konqresinin və yerli dövlət orqanlarının nümayəndələri iştirak ediblər.

Donetsk Vilayət Administrasiyasının Milli azlıqlarla iş üzrə şöbəsinin müdiri Svetlana Kuznetsova bayram münasibətilə soydaşlarımıza ünvanladığı təbrik çıxışında bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü həqiqətən də qeyri-adi və möhtəşəm bayramdır. Çünki bu bayram Azərbaycan xalqının və dövlətinin dərin köklərə bağlılığının, dözümlülüyünün, tolerantlığının, hər bir vətəndaşına, həmvətənlisinə verdiyi dəyərin göstəricisidir. O qeyd edib ki, “həmrəylik” sözündə öz xalqına, tarixinə, mədəniyyətinə böyük sevgi və hörmət ehtiva olunub və azərbaycanlılar bu dəyərləri nəsillərdən nəsillərə ötürürlər.

Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Şakir Səlimov da soydaşlarımızı bayram münasibətilə təbrik edib.

Ukrayna Azərbaycanlıları Konqresinin sədri Akif Gülməmmədov bu tədbirdə iştirak etmək üçün Ukraynanın müxtəlif bölgələrindən gələn soydaşlarımızı salamlayıb, Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyevin bayram təbriklərini çatdırıb.
Dünya Azərbaycanlıları Konqresinin Ukrayna üzrə nümayəndəsi Möhlət Hüseynov isə Yeni ildə Ukrayna xalqına da uğurlar, firavanlıq, iqtisadi yüksəliş arzu edib.
Bayram tədbiri Azərbaycan incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR