Bank Of Baku

Hollandiyanın Rotterdam şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub

Hollandiyanın Rotterdam şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub
# 31 dekabr 2009 19:11 (UTC +04:00)
Bakı – APA. Hollandiyanın Rotterdam şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Benilüks Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə keçirilən bayram tədbirində Hollandiyada yaşayan soydaşlarımızla bərabər, türk diasporunun nümayəndələri və yerli mətbuatın təmsilçiləri də iştirak ediblər.

Həmvətənlərimizə bayram təbriklərini çatdıran BAK sədri Elsevər Məmmədov Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi haqqında geniş məlumat verib, bu münasibətlə bütün dünyadakı azərbaycanlıları təbrik edib.

Tədbir BAK-ın Amsterdam və Rotterdam şəhərlərində açdığı Azərbaycan məktəblərinin kollektivlərinin çıxışları ilə davam edib.

BAK-ın fəxri sədri Sahil Qasımov Rotterdamdakı Azərbaycan-Holland Həmrəyliyi Cəmiyyətinin yaranmasının 5 illiyi münasibətilə qurumun rəhbəri Elxan İsazadəyə mükafat təqdim edib.

Sonra qonaqlara Azərbaycan və Türkiyə müğənnilərinin iştirakı ilə konsert proqramı təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR