Bank Of Baku

Ötən il Amerikada yaşayan azərbaycanlılar ABŞ rəsmilərinə 100 mindən çox e-mail, faks və məktub göndərib

Ötən il Amerikada yaşayan azərbaycanlılar ABŞ rəsmilərinə 100 mindən çox e-mail, faks və məktub göndərib
# 05 yanvar 2010 08:25 (UTC +04:00)
Vaşinqton. İzabel Levin - APA. Ötən il ərzində Amerikada yaşayan azərbaycanlılar ABŞ rəsmilərinə 100 mindən çox e-mail, faks və məktub göndərərək müxtəlif məsələlər - Dağlıq Qarabağ, regional təhlükəsizlik və digər məsələlərlə bağlı narahatlıqlarını ifadə ediblər. Bu barədə APA-nın Vaşinqton müxbirinə ABŞ Azərbaycanlıları Şəbəkəsindən (USAN) məlumat verilib.

USAN-dan bildirilib ki, ötən il Amerika mətbuatında Azərbaycanla bağlı 30-a yaxın məqalə dərc olunub.

“Biz aspirantların, tədqiqatçıların və jurnalistlərin Azərbaycan və diasporla bağlı obyektiv məlumatlara marağının artmasına öz töhfəmizi verdik, ABŞ Azərbaycanlıları Şəbəkəsinin məlumatları elmi məqalələrin və xəbərlərin bir hissəsinə çevrildi”, - deyə USAN-dan bildirilib.

Məlumatda qeyd olunur ki, “Politico” jurnalı (Konqresin siyasi qəzeti) USAN-ı Amerika Erməni Assambleyası kimi erməni lobbi qruplarının cəhdlərinin qarşısını alan Azerbaycan-Amerika təşkilatı kimi təqdim edir.

Amerikada yaşayan azərbaycanlıların növbəti uğuru isə Nevada qubernatorunun 31 Martı Azərbaycanı Anım Günü elan etməsi ilə əlaqədar verdiyi ilk rəsmi bəyanatdır: “Erməni lobbisinin kütləvi etiraz aksiyalarına baxmayaraq, bizim icma və dostlarımız qubernatorluğu bu bəyanatı ləğv etməməyə inandıra bildi”.

Təşkilat bildirir ki, bu cür tədbirlər 2010-cu ildə də davam etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR