Bank Of Baku

Avropa Şurasının eksperti: “Gürcüstanda etnik azlıqlar dövlət dilini bilmədikləri üçün vacib informasiyalardan xəbər tutmur”

Avropa Şurasının eksperti: “Gürcüstanda etnik azlıqlar dövlət dilini bilmədikləri üçün vacib informasiyalardan xəbər tutmur”
# 11 yanvar 2010 15:21 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Son illər Gürcüstan hökuməti ölkədə etnik azlıqların dövlət dilini öyrənməsi ilə bağlı problemləri aradan qaldırmaq üçün məqsədyönlü tədbirlər və layihələr həyata keçirir. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu fikirlər Avropa Şurasının Gürcüstanda etnik azlıqların məsələləri üzrə eksperti Conatan Uit tərəfindən keçən il Kvemo-Kartli və Samsxe-Cavaxetiya bölgələrində yaşayan etnik azlıqların gürcü cəmiyyətinə inteqrasiyası barədə hazırladığı hesabatda qeyd edilir.

Ekspert hesabatında bildirib ki, Kvemo-Kartli bölgəsində dövlət idarəetmə strukturlarının işində iştirak edən azərbaycanlılar 28,22%, ermənilər 9,90%, yunanlar isə 0,90% təşkil edir. Cavaxetiya bölgəsinin yerli özünüidarəetmə strukturlarında ermənilərin miqdarı isə 99%-dir.

C. Uit bildirib ki, Marneulidə yaşayan etnik azlıqların 42,2%-i dövlət dilini bilmir. Bu da onu göstərir ki, bölgədə yaşayan azlıqlar bəzi vacib informasiyalardan kənarda qalır, vaxtında məlumat almırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR