Bank Of Baku

ABŞ-da yaşayan türklər Türkiyə-Ermənistan münasibətləri və Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün Hillari Klintona görüşmək təklif ediblər

ABŞ-da yaşayan türklər Türkiyə-Ermənistan münasibətləri və Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün Hillari Klintona görüşmək təklif ediblər
# 13 yanvar 2010 08:33 (UTC +04:00)
APA-nın Vaşinqtondakı müxbirinin verdiyi məlumata görə, bəzi Türk və Azərbaycan diaspor təşkilatları ABŞ Dövlət Departamentinə məktub göndərməyə hazırlaşırlar. Klintonun gələn ay erməni diasporu ilə planlaşdırdığı görüşünü nəzərdə tutan Türk və Azərbaycan diaspor təşkilatları hesab edirlər ki, Cənubi Qafqazın təhlükəsizlik problemlərini təkcə Ermənistanla müzakirə etmək düzgün deyil.
Türk diasporunun üzvlərindən biri APA-nın müxbirinə bildirib ki, Klintonun ermənilərlə görüşü hər iki tərəfin – ermənilər və ABŞ-ın təşəbbüsü ilə baş tutacaq.
“Əgər dövlət katibi Klinton regiondakı real vəziyyəti öyrənmək istəyirsə, dialoqun bütün tərəflərinin rəyini nəzərə almalıdır”.
Diasporun digər üzvü Mehmet Gülan hesab edir ki, Klintonun danışıqlar prosesini erməni diasporası ilə müzakirə etmək qərarı dilemma yaradır: “Bütün dünya bilir ki, Hillari Klinton Sürix protokollarının “anasıdır”, amma ABŞ-dakı erməni diasporu bu sazişə qarşı cıxır və etirazını bildirmək üçün bütün vasitələrdən istifadə edir”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR