Bank Of Baku

Krim Muxtar Respublikasında 20 yanvar şəhidlərinin xatirəsi yad edilib

Krim Muxtar Respublikasında 20 yanvar şəhidlərinin xatirəsi yad edilib
# 18 yanvar 2010 15:50 (UTC +04:00)
Krım-APA. 20 yanvar şəhidlərinin xatirəsi Krim Muxtar Respublikasında da yad edilib. Bu barədə APA-ya millət vəkili Qənirə Paşayeva məlumat verib. Ukrayna Azərbaycanlıları Konqresi Krım təşkilatının təşəbbüsü ilə keçirilən mərasimdə indiyədək beynəlxalq təşkilatların və dünya birliyinin 20 yanvar faciəsinə hüquqi siyasi qiymət verməmələri tarixi ədalətsizlik kimi qiymətləndirilib. Mərasimdə çıxış edən Krım Azərbaycanlıları Konqresinin sədri Rəhim Hümbətov 1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakı və Azərbaycanın müxtəlif şəhərlərində dinc əhaliyə qarşı törətdiyi qanlı cinayətlər haqqında ətraflı məlumat verib. Anım mərasiminə qatılan millət vəkili Qənirə Paşayeva son iki əsrdə erməni və erməni pərəst qüvvələrin zaman-zaman azərbayzan xalqına qarşı həyata keçirtdikləri deportasiya və soyqrım hadisələrini tarixi faktlarla tədbir iştirakçılarının nəzərinə çatdırıb. O, bu baxımdan 20 yanvar faciəsinin də eyni ssenarinin tərkib hissəsi olduğunu bildirib. Tədbirdə Krım Tatar Xalq Məclisinin nümayəndəsi Əli Həmzə və digər natiqlər çıxış edərək bildiriblər ki, 20 il ötməsinə baxmayaraq beynəlxalq təşkilatların hələ də Azərbaycanda həyata keçirilən qanlı cinayətlərə hüquqi siyasi qiymət verməməsi tarixi ədalətsizlikdir. 20 yanvar şəhidlərinin cəsurluğunu Azərbaycanın qəhrəmanlıq salnaməsi kimi dəyərləndirən Krım Azərbaycanlıları Konqresinin gənclər təşkilatının sədri Firudin Orucov və digər soydaşlarımız dövlət müstəqilliyimiz naminə canlarını fəda edən şəxslərin xatirəsini heç zaman unutmayacaqlarını bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR