Bank Of Baku

“Azərbaycanca-gürcücə qısa dəftərxana və mühasibat terminləri lüğəti” nəşr edilib - FOTO

“Azərbaycanca-gürcücə qısa dəftərxana və mühasibat terminləri lüğəti” nəşr edilib - <font color=red>FOTO</font>
# 20 yanvar 2010 15:22 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Tiflisdə filologiya elmləri doktoru Alı Musayev və Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Əli Babayevin müəllif olduğu “Azərbaycanca-gürcücə qısa dəftərxana və mühasibat terminləri lüğəti” adlı kitab nəşr olunub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, 2 min tirajla çap olunan lüğətdə dəftərxana və mühasibatda ən çox işlənən, dəftərxana və mühasibat işləri ilə bu və digər şəkildə əlaqəli olan 1500-ə yaxın termin və ifadələr əlifba sırası ilə yazılaraq onların gürcü dilində tərcüməsi, eyni zamanda dəftərxana və mühasibata aid sənədlərdən nümunələr verilib.

Kitab idarə və müəssisələrlə gürcü dilində yazışmalar aparılması, müxtəlif hesabatların, mühasibat sənədlərinin hazırlanması prosesində azərbaycanlılara kömək məqsədilə tərtib olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR