Bank Of Baku

Tomas Qoltzun “Muğam Montanada” sənədli filmi mükafata layiq görülüb

Tomas Qoltzun “Muğam Montanada” sənədli filmi mükafata layiq görülüb
# 22 yanvar 2010 09:52 (UTC +04:00)
Vaşinqton. İzabel Levin-APA. Məşhur Amerikalı jurnalist Tomas Qoltzın çəkdiyi “Muğam Montanada” sənədli filmi Syerra-Nevada kinofestivalının mükafatına layiq görülüb. Thomas Qoltz APA-nın Vaşinqton müxbirinə bildirib ki, fevralın 26-da Kaliforniyanın Mammoth Lakes istirahət şəhərciyinin dəbdəbəli Westin Monache Resort otelində 2010-cu il mükafatlarının təqdimatı və film yaradıcılarının iştirakı ilə nahar keçiriləcək.

Qoltz xatırladıb ki, əvvəllər onun filmi Kaliforniyada hər il keçirilən Yosemite Beynəlxalq Film Festivalında qısametrajlı filmlər nominasiyasında El Capitan mükafatına layiq görülüb.

15 dəqiqəlik sənədli film “Qədim Şərq” qrupunun Montana ştatı boyunca musiqili səyahətindən bəhs edir. Qrup ştatın şərqində Billings şəhərində Rocky Mountain kollecində, cənub-şərqi Bozeman şəhərində Montana Dövlət Universitetində, Yellowstone River-dəki Livingston kitabxanasında və ştatın qərbində Missula şəhərində Montana Universitetində konsertlər verib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR