Bank Of Baku

Fərid Muxametşin: “Rusiya Bakıda keçirilən foruma çox böyük əhəmiyyət verir”

Fərid Muxametşin: “Rusiya Bakıda keçirilən foruma çox böyük əhəmiyyət verir”
# 22 yanvar 2010 13:01 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Bakıda I Azərbaycan-Rusiya Humanitar Əməkdaşlıq Forumu seksiyalar çərçivəsində işini davam etdirir. APA-nın məlumatına görə, qeyri-hökumət təşkilatları üzrə seksiyaya Azərbaycan tərəfdən Prezident Administrasiyasının beynəlxalq münasibətlər şöbəsinin rəhbəri Novruz Məmmədov, Rusiya tərəfdən isə Federal Agentliyin rəhbəri Fərid Muxametşin sədrlik edib. Seksiyadan əvvəl jurnalistlərə açıqlama verən Fərid Muxametşin bildirib ki, keçirilən forum Azərbaycan və Rusiya ictimaiyyətləri arasında əlaqələrin inkişafına yardım göstərəcək: “Bu gün Bakıda unikal forum keçirilir. Bakıda Rusiya və Azərbaycanın elm, mədəniyyət, təhsil, idman və s. Sahələrin tanınmış simaları bir araya gəliblər. Bu gün biz xalq diplomatiyası sahəsində əlaqələrimizin inkişafı üçün bir-birimizin təcrübəsini öyrənirik. Buna görə də Rusiya bu foruma çox böyük əhəmiyyət verir”.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib ki, Azərbaycan həmişə Rusiya ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verib: “Foruma Rusiyadan geniş tərkibli nümayəndə heyətinin qatılması da göstərir ki, Rusiya da Azərbaycanla münasibətləri inkişaf etdirməyə maraq göstərir”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR