Bank Of Baku

Mixail Qusmanın “Formula vlasti” kitabının təqdimatı keçirilib - FOTO

Mixail Qusmanın “Formula vlasti” kitabının təqdimatı keçirilib - <font color=red>FOTO</font>
# 25 yanvar 2010 11:23 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. M. F. Axundov adına Milli Kitabxanada İTAR-TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın iki cildli “Formula vlasti” kitabının təqdimatı keçirilib. APA-nın xəbərinə görə, kitabxananın Xeyriyyə Şurasının sədri, tanınmış yazıçı Çingiz Abdullayev əslən bakılı olan M. Qusmanın bioqrafiyası, Azərbaycan üçün gördüyü işlər və onun tanınmış valideynləri haqqında məlumat verib.

Millət vəkili, publisist Elmira Axundova kitabı lider olmaq istəyən gənclər üçün əsil dərslik adlandırıb və ölkənin ali təhsil ocaqlarının jurnalistika fakültələrində dərs vəsaiti kimi istifadə olunmasını tövsiyə edib.

Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, professor Həsən Quliyev, yazıçı Natiq Rəsulzadə də kitab və onun müəllifi haqqında fikirlərini söyləyiblər.

Qeyd edək ki, kitabda dünyanın 55 ölkəsinin liderləri ilə müsahibə və bu müsahibələrə şərhlər verilib. M. Qusman 10 il ərzində aldığı müsahibələri bu kitaba topladığını deyib və həmin müsahibələr zamanı baş vermiş maraqlı hadisələri nəql edib.

Tədbirdə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin,
Kubanın Azərbaycandakı səfiri Marselo Kabalyero Torres də iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR