Bank Of Baku

ABŞ-da nəşr olunan “Birlik” jurnalının növbəti buraxılışı Azərbaycana həsr olunub

ABŞ-da nəşr olunan “Birlik” jurnalının növbəti buraxılışı Azərbaycana həsr olunub
# 26 yanvar 2010 09:06 (UTC +04:00)
Vaşinqton. İzabel Levin-APA. ABŞ-da nəşr olunan türkdilli xalqlar haqqında ilk jurnal olan “Birlik” jurnalının növbəti buraxılışını Azərbaycana həsr edib. APA-nın Vaşinqton müxbirinin məlumatına görə, jurnalın əsas qış buraxılışı yanvarın 25-də Berkli Universitetinin Türk Tələbələr Assosiasiyasının dəstəyi ilə nəşr olunub.
Yeni 50 səhifəlik jurnalda turizm, gəzməli yerlər, iqtisadiyyat, siyasi vəziyyət, inkişaf perspektivləri haqqında məlumat verilib, həmçinin dünya şöhrətli alim, Berkli Universitetinin professoru Lütfi Zadə ilə müsahibə dərc olunub.
“Birlik” jurnalının üz qabığı Şərqi Türküstanda uyğurların insan haqları məsələsinə həsr olunub. Jurnalın qış buraxılışı “Pax Turcica” təşəbbüsü çərçivəsində dərc olunan ilk əsas nəşrdir. Burada Azərbaycanın Los-Angelesdəki baş konsulu Elin Süleymanovla müsahibə, Türk xalqlarını təmsil edən alimlərin, ekspert və tələbələrin məqalələri dərc olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR