Bank Of Baku

İsveçdə fəaliyyət göstərən Qarabağ Komitəsi Xocalı faciəsi ilə bağlı aksiya keçirəcək

İsveçdə fəaliyyət göstərən Qarabağ Komitəsi Xocalı faciəsi ilə bağlı aksiya keçirəcək
# 26 yanvar 2010 13:09 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. İsveçdə fəaliyyət göstərən Qarabağ Komitəsi bu ölkənin paytaxtı Stokholmda Xocalı faciəsi ilə bağlı aksiya keçirəcək. Komitədən APA-ya verilən məlumata görə, fevralın 27-də Stokholmun mərkəzində keçiriləcək aksiyada türk, İsveç və ingilis dillərində “Ermənistan dərhal və qeyd-şərtsiz işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır!“, “Avropa Birliyi Azərbaycanın 1 milyondan artıq müharibə qaçqınına göz yumur!”, “BMT qətnamələrini yerinə yetirməkdən imtina etdiyinə görə Ermənistanı məhkum et!”, “Xocalıda törətdiyi genosidə görə Ermənistanı məhkum et!” sözləri yazılmış plakatlar qaldırılacaq. Aksiya zamanı faciəni əks etdirən foto-stend də nümayiş olunacaq. Tədbirin yazılı qətnaməsi İsveç və ingilis dillərində paytaxt sakinləri arasında yayılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR