Bank Of Baku

Latın Amerikası Azərbaycanlıları Assosiasiyasının yeni internet səhifəsi yaradılıb

Latın Amerikası Azərbaycanlıları Assosiasiyasının yeni internet səhifəsi yaradılıb
# 27 yanvar 2010 10:12 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Meksikada fəaliyyət göstərən Latın Amerikası Azərbaycanlıları Assosiasiyasının yeni internet saytının (www.azerbaijani-association.org) təqdimatı keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Meksikadakı azərbaycanlı icmasının üzvləri, Azərbaycanın Meksikadakı səfirliyinin əməkdaşları, eləcə də Meksikada fəaliyyət göstərən Ukrayna Cəmiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov bildirib ki, Latın Amerikası Azərbaycanlıları Assosiasiyası Avropa və ABŞ-da fəaliyyət göstərən diaspor təşkilatları ilə sıx əlaqə saxlamalı və təcrübə mübadiləsi aparmalıdır. İnternet səhifəsində “Join us” (“Únetenos” – “Bizə qoşulun”) adlı bölmənin yaradıldığını diqqətə çatdıran səfir deyib ki, Latın Amerikasında yaşayan azərbaycanlıların burada qeydiyyatdan keçməsi və daha sıx ünsiyyətdə olması səmərəli olardı.

Qeyd edək ki, saytda ispan və ingilis dillərində Azərbaycan haqqında ümumi məlumatlar, ölkənin tarixi, mədəniyyəti, ədəbiyyatı, musiqisi, mətbəxi barədə ətraflı bilgillər yerləşdirilib. Yeni internet səhifəsində Azərbaycanın musiqi korifeylərinin əsərləri ilə də tanış olmaq mümkündür. Azərbaycan dilini öyrənmək istəyənlər üçün sayta müvafiq lüğətlər də yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR