Bank Of Baku

Krımın İzyum Şəhər Şurası qondarma “erməni soyqırımı”nı tanıması barədə erməni mənbələrinin yaydığı məlumatı təkzib edib

Krımın İzyum Şəhər Şurası qondarma “erməni soyqırımı”nı tanıması barədə erməni mənbələrinin yaydığı məlumatı təkzib edib
# 27 yanvar 2010 14:38 (UTC +04:00)
Rəhim Hümbətov APA-ya bildirib ki, Şəhər Şurasının rəhbəri cavab məktubunda qondarma “erməni soyqırımı”nın tanınması barədə qərar çıxarılmadığını deyib. Məktubda qeyd olunur ki, İzyum Şəhər Şurası “Hayastan” erməni icmasının müraciətini nəzərə alaraq səhiyyə, təhsil və sosial müdafiə, eyni zamanda mədəniyyət və gənclər siyasəti üzrə daimi komissiyalara Ukrayna Prezidentinə və Ali Radaya müraciət hazırlamağı tapşırıb: “27 yanvar tarixinə kimi qeyd olunan müraciət hələ də hazırlanmayıb. Deputat etikası və reqlament daimi komissiyası Sizin və Türkiyənin Ukraynadakı səfiri Əhməd Bülənt Meriçin qeyd olunan qərarın fəaliyyətinin dayandırılması haqqında müraciətlərini nəzərə alaraq Şuranın sessiyasına İzyum Şəhər Şurasının 5-ci çağırış 25 dekabr 2009-cu il tarixli qərarının icrasının Türkiyə ilə Ermənistan arasında imzalanan Sürix protokolları ratifikasiya olunana və erməni soyqırımı faktlarını araşdıracaq müştərək komissiya öz işini bitirənə qədər dayandırılmasını tövsiyə edib”. O. Bojkov bununla bağlı yekun qərarın İzyum Şəhər Şurasının yanvarın 29-da keçiriləcək sessiyasında çıxarılacağını, qərarla bağlı Krımın azərbaycanlı icmasının əlavə olaraq məlumatlandırılacağını bildirib.

Xatırladaq ki, erməni mətbuatı və Krımın erməni icması Yeni il ərəfəsində İzyum Şəhər Şurasının qondarma “erməni soyqırımı”nın tanıması və bu “faktı” pisləməsi barədə məlumat yayıb. Buna qarşılıq olaraq Kırımın azərbaycanlı icmasının rəhbəri Rəhim Hümbətov İzyum Şəhər Şurasına müraciət edərək ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı da tanımaq tələb olunub. Müraciətdə qeyd edilib ki, İzyum Şəhər Şurasının qondarma “erməni soyqırımı”nı tanımağa hüquqi səlahiyyəti yoxdur, çünki bu məsələlər yerli idarəetmə orqanlarının səlahiyyətinə daxil deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR