Bank Of Baku

ABŞ konqresmeni Amerika azərbaycanlılarına “20 Yanvar” hadisəsiylə bağlı məktub göndərib

ABŞ konqresmeni Amerika azərbaycanlılarına “20 Yanvar” hadisəsiylə bağlı məktub göndərib
# 28 yanvar 2010 20:43 (UTC +04:00)
Vaşinqton. İzabel Levin – APA. ABŞ konqresmeni Den Heller Amerikada yaşayan bütün azərbaycanlılara ABŞ Azərbaycanlıları Şəbəkəsinin “20 Yanvar” faciəsi ilə bağlı keçirdiyi tədbirlərlə bağlı məktub göndərib.

Konqresmen məktubunda «20 Yanvar» qanlı faciəsindən bütün dünya ictimaiyyətinin xəbərdar olmalı olduğunu qeyd edir.

APA-nın Vaşinqton bürosunun məlumatına görə, konqresmen Heller «Qanlı Yanvar»ı 20 il əvvəl Azərbaycanda Sovet imperiyasının törətdiyi ən dəhşətli faciə kimi dəyərləndirir.

«Yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu Azərbaycanın paytaxtına daxil olaraq azərbaycanlıların Sovet hakimiyyətindən ayrılıb, müstəqil olmaq niyyətinə son qoymaq istədi. «Qara Yanvar» kimi tarixə həkk olunan bu hadisə nəticəsində günahsız Azərbaycan vətəndaşları həlak oldu, yüzlərlə insan yaralandı».

Konqresmen Hellerin fikrincə, «Qanlı Yanvar» Azərbaycanda Sovet hakimiyyətinin dağılmasının başlanğıcı olub: «1991-ci il oktyabrın 18-də Azərbaycan Sovet Hakimiyyətinə son qoyaraq müstəqilliyini bərpa etdi. Hər il yanvar ayının 19 və 20-də Azərbaycan xalqı bu qanlı faciə günü vətənləri uğrunda həyatlarını itirmiş insanların xatirəsini yad edirlər. Əmin ola bilərsiniz ki, mən daim sizin üçün çox əhəmiyyətli olam bu hadisə ilə bağlı fikirlərinizi xatırlayacağam».
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR