Bank Of Baku

Gürcüstan Ombudsmanı Faxralı məscidinin bərpasının yarımçıq qalmasına münasibət bildirib

Gürcüstan Ombudsmanı Faxralı məscidinin bərpasının yarımçıq qalmasına münasibət bildirib
# 30 yanvar 2010 22:10 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan Ombudsmanı Giorgi Tuquşi Faxralı kənd məscidinin bərpasının yarımçıq qalmasına münasibət bildirib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, G.Tuquşi bu məsələ ilə məşğul olduqlarını deyib.

«Həmin kənddə problemlər olduğunu bilirik. Biz oraya getdik və məlum oldu ki, tikintiyə icazə yoxdur. Mövcud problemlərə fəal müdaxilə etmişik və məscidin bərpasına icazə verilməsinə çalışırıq. Bu iş hələ də davam edir. Mən davamlı olaraq əlaqə saxlayıb vəziyyəti öyrənəcəyəm. Lakin tikintinin bərpasına zəmanət verə bilmərəm, çünki bu mənə aid məsələ deyil. Mən yalnız təkliflər verə bilərəm. Düşünürəm ki, bu məsələ öz müsbət həllini tapacaq», deyə Ombudsman vurğulayıb.

Xatırladaq ki, Faxralı kəndində əsası 1905-ci ildən qoyulmuş tarixi məscidin bərpa olunması prosesinin dayandırılmasından 139 gün keçib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR