Bank Of Baku

Gürcüstan Ombudsmanı: “Etnik azlıqların hüquqları bizim üçün prioritet məsələdir”

Gürcüstan Ombudsmanı: “Etnik azlıqların hüquqları bizim üçün prioritet məsələdir”
# 31 yanvar 2010 01:57 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan Ombudsmanı Georgi Tuquşi Gürcüstanda kompakt yaşayan etnik azlıqları narahat edən problemlərlə bir neçə ildir ki, məşğul olduqlarını bildirib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Georgi Tuquşi Ombudsman aparatının Marneulidə nümayəndəliyinin olduğunu da deyib. Onun sözlərinə görə, aparatın nəzdində Milli Şura da fəaliyyət göstərir. “Bu şura etnik azlıqları təmsil edən 80 nəfərədək müxtəlif etnik təşkilat nümayəndələrini birləşdirir. Azlıqların hüquqlarının qorunması üçün Kvemo-Kartli və Samsxe-Cavaxeti bölgələrindəki etnik azlıqların nümayəndələri ilə vaxtaşırı görüşüb birlikdə qanun layihələri hazırlayır və həyata keçiririk. Ünvanımıza daxil olan ərizələri, şikayətləri və müraciətləri böyük diqqətlə öyrənir, əgər onların hüquqları pozulubsa, biz müvafiq strukturlarla onların həlli istiqamətində fəal iş aparırıq. Etnik azlıqların hüquqları bizim üçün prioritet məsələdir”, deyə o qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR