Bank Of Baku

ABŞ-da yaşayan azərbaycanlılar BMT-nin baş ofisi qarşısında etiraz aksiyası keçirəcəklər

ABŞ-da yaşayan azərbaycanlılar BMT-nin baş ofisi qarşısında etiraz aksiyası keçirəcəklər
# 06 fevral 2010 09:39 (UTC +04:00)
APA-nın Vaşinqton müxbirinin məlumatına görə, tədbir Azərbaycan diaspora təşkilatları və tələbələr tərəfindən təşkil olunacaq.
ABŞ-dakı Azərbaycan diaspora təşkilatları bütün türkləri və azərbaycanlıları Xocalı qətliamını yad etmək üçün tədbirə qatılmağa dəvət edib.
Türk diasporu və bir çox sadə amerikalılar geniş miqyaslı aksiyanı dəstəkləyəcək. Tədbir fevralın 25-də BMT-nin iqamətgahı qarşısında keçiriləcək. Aksiyanın əsas məqsədi qətliama və həqiqi tarixə diqqəti cəlb etmək, BMT-nin Qarabağla bağlı qətnamələrinin yerinə yetirilməsinə nail olmaqdır.
Aksiyanın qətnaməsi səfirliklərə göndəriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR