Bank Of Baku

İsrailin Xadera şəhərində Heydər Əliyev adına park salınacaq

İsrailin Xadera şəhərində Heydər Əliyev adına park salınacaq
# 10 fevral 2010 09:04 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. İsrailin Xadera şəhərində Heydər Əliyev adına park salınacaq. Bu barədə APA-ya Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının prezidenti, Bakıda səfərdə olan İsrail xarici işlər naziri Aviqdor Libermanı müşayət edən nümayəndə heyətinin üzvü, əslən bakılı İosif Şaqal məlumat verib: “Xadera - İsrail üçün böyük şəhərdir, 100 minə yaxın əhalisi var, orada əslən Azərbaycandan olan böyük icma yaşayır. Bu şəhər Tel-Əvivin yaxınlığında yerləşir, yaşıl şəhərdir, park isə şəhərin mərkəzindədir. Ümid edirik ki, parkın açılışı Heydər Əliyevin ad günü ərəfəsində baş tutacaq”. O həmçinin bildirib ki, həmin vaxt Xaderada Mərkəzi Asiya regionunun problemlərinə həsr olunmuş beynəlxalq konfrans da keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR