Bank Of Baku

Fevralın 26-da Ermənistanın ABŞ-dakı səfirliyi qarşısında etiraz nümayişi keçiriləcək

Fevralın 26-da Ermənistanın ABŞ-dakı səfirliyi qarşısında etiraz nümayişi keçiriləcək
# 13 fevral 2010 07:50 (UTC +04:00)
APA-nın Vaşinqton müxbirinin məlumatına görə, Azərbaycan diasporu tərəfindən təşkil olunacaq tədbir Vaşinqton polisi və xüsusi xidmət idarəsi ilə razılaşdırılıb.

“Nümayişçilər səs ucaldıcılar və şüarlarla təmin olunacaqlar. Amma onlar özləri ilə tədbirə plakatlar, bayraqlar və digər etiraz vasitələri də gətirməkdə sərbəstdirlər. Vaşinqtonda gərgin nəqliyyat hərəkətini və dayanacaqlarda yer olmamasını nəzərə alaraq, iştirakçılardan xahiş olunub ki, mitinq yerinə vaxtında çatmaq üçün ictimai nəqliyyatdan, xüsusilə də metrodan istifadə etsinlər”. Tədbirin təşkilatçılarından biri APA-nın müxbirinə belə deyib.

Nümayişçilər Dupon dairəsində (Dupon Circle) toplanacaq və buradan Ermənistan səfirliyinə doğru hərəkət edəcəklər.

Azərbaycan və türk diasporları fevralın 26-da həmçinin Vaşinqton və San-Fransiskoda Xocalı şəhidlərinin anım mərasimi və Pax Turcica seminarları təşkil etməyi planlaşdırırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR