Bank Of Baku

Almaniyanın Köln şəhərində Xocalı soyqırımının növbəti ildönümü ilə əlaqədar konfrans keçiriləcək

Almaniyanın Köln şəhərində Xocalı soyqırımının növbəti ildönümü ilə əlaqədar konfrans keçiriləcək
# 13 fevral 2010 14:13 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Almaniyanın Köln şəhərində Dünya Azərbaycanlıları Konqresi (DAK), Azərbaycan Federal Demokrat Hərəkatı (AFDH) və adıçəkilən şəhərdə fəaliyyət göstərən Azərbaycan Kültür Ocağının təşkilatçılığı ilə fevralın 26-da Xocalı soyqırımının növbəti ildönümü ilə əlaqədar konfrans keçiriləcək. DAK mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konfransda DAK rəhbərliyi, o cümlədən Almaniyanın müxtəlif şəhərlərində yaşayan azərbaycanlılar iştirak edəcək. Tədbirdə Ermənistanın Xocalı şəhərində azərbaycanlılara qarşı törətdiyi soyqırımdan danışılacaq. Həmçinin dünya ictimaiyyətinin bu hadisəyə loyal münasibəti pislənəcək. Konfransın yekununda isə beynəlxalq ictimaiyyətə və təşkilatlara müraciət qəbul olunacaq.

Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirilib. Soyqırımı zamanı 600-dən çox şəhər sakini olan azərbaycanlı vəhşicəsinə qətlə yetirilib, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub, 8 ailə tamamilə məhv edilib.
Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR