Bank Of Baku

ABŞ-ın Harvard Universitetində ilk dəfə Azərbaycan Mədəniyyət Gecəsi keçirilib - FOTO

ABŞ-ın Harvard Universitetində ilk dəfə Azərbaycan Mədəniyyət Gecəsi keçirilib - <font color=red>FOTO</font>
# 17 fevral 2010 11:49 (UTC +04:00)
Bakı-APA. Harvard Universitetində təhsil alan tələbələr Rövşən Rzayev, Rəşəd İbadov və Zaur Məmmədovun təşəbbüsü ilə bu elm ocağında ilk dəfə Azərbaycan Mədəniyyət Gecəsi keçirilib. APA-nın məlumatına görə, 100-ə yaxın müəllim və tələbənin qatıldığı mərasimdə milli mətbəximizin incilərindən dolma, kabab və qutablar təqdim olunub və ölkəmizin turizm potensialını nümayiş etdirən video çarxlar göstərilib. Mərasimə qatılan Salem State Universitetinin tələbəsi, professional rəqqas Balaqardas Sultanovun milli və Qafqaz rəqsləri mərasim iştirakçılarını heyran edib. Tələbə Rövşən Rzayevin APA-ya verdiyi məlumata görə, mədəniyyət gecəsi son dərəcə uğurlu keçib və Harvard Universiteti müəllimləri hər il Azərbaycan gecələri keçirməkdə maraqlı olduqlarını bəyan ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR