Bank Of Baku

Berlində 21 Fevral Beynəlxalq Ana Dili günü münasibətilə tədbir keçiriləcək

Berlində 21 Fevral Beynəlxalq Ana Dili günü münasibətilə tədbir keçiriləcək
# 17 fevral 2010 14:52 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. 21 Fevral Beynəlxalq Ana Dili günü münasibətilə Almaniyanın paytaxtı Berlində fəaliyyət göstərən Azərbaycan Kültür Ocağının təşəbbüsü ilə tədbir keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan diasporunun fəal üzvlərinin qatılacağı toplantıda dil problemləri ətrafında müzakirələr və dilin hazırkı inkişafı haqqında müzakirələr aparılacaq. Ankaradan və Amsterdamdan gələn mütəxəssislər Seyfettin Altaylı və Muxtar Şəms Azərbaycan tükcəsinin problemləri barədə fikirlərini bölüşəcəklər.

Qeyd edək ki, UNESCO 1999-cu ildə fevralın 21-ni Beynəlxalq Ana dili Günü elan edib. Berlində fəaliyyət göstərən Azərbaycan Kültür Ocağı bu günə böyük əhəmiyyət verərək, son illərdə dilçi alimlərin iştirakı ilə müxtəlif tədbirlər təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR