Bank Of Baku

Azərbaycanlı ABŞ-da qubernator vəzifəsinə namizədliyini irəli sürüb

Azərbaycanlı ABŞ-da qubernator vəzifəsinə namizədliyini irəli sürüb
# 18 fevral 2010 06:52 (UTC +04:00)
APA-nın Vaşinqton müxbirinin məlumatına görə, 1975-ci il təvəllüdlü Paul Murad 16 yaşında olarkən ABŞ-a köçüb və burada universitet təhsili alıb. Hazırda Nevada ştatının Las Veqas şəhərində daşınmaz əmlak biznesi ilə məşğuldur.

Bundan əlavə, o, ştatda xeyriyyəçilik fəaliyyəti ilə də geniş məşğul olur.

Cari ilin iyun ayında keçiriləcək qubernator seçkilərində namizədliyini irəli sürən Paul Muradı, əsasən buradakı azərbaycanlı və türk diasporları dəstəkləyir.

Paul Murad Demokratlar Partiyasını təmsil edir və seçkiqabağı kampaniyasında, əsasən maliyyə böhranı ilə bağlı, həmçinin iqtisadi məsələlərin həllinə diqqət ayırır.

“Mən bəyan edirəm ki, nevadalılara və Nevada ştatına öz töhfəmi vermək üçün ciddi şəkildə işləyəcəyəm. Ştatda yeni biznes növlərinin inkişaf etdirilməsinə, habelə investisiyaların cəlb olunmasına çalışacağam”, - deyə Paul Murad bildirib.

ABŞ azərbaycanlıları P. Muradın seçkiqabağı öhdəliklərinin çətin olduğunu bilir, iyunun 8-də keçiriləcək seçkilərdə qələbə qazanacağına inanırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR