Bank Of Baku

Əjdər Tağızadə: “Xamneyi və Musəvi türk olsalar da, heç biri türkün maraqlarına xidmət etmirlər”

Əjdər Tağızadə: “Xamneyi və Musəvi türk olsalar da, heç biri türkün maraqlarına xidmət etmirlər”
# 18 fevral 2010 09:39 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) rəhbərliyi İranda yaşayan azərbaycanlılara qarşı təzyiqlərə həsr olunmuş mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, DAK Daimi Şurasının üzvü Əjdər Tağızadə 2006-cı il 22 may hadisələrdən sonra başlamış təqiblərin daha ağır formada davam etdirildiyini qeyd edib. Onun sözlərinə görə, İranda münaqişə təkcə Seyid Əli Xamneyi ilə Mir Hüseyn Musəvinin arasında getmir: “Onların hər ikisi türkdür, qohumdur, amma heç biri türkün maraqlarına xidmət etmir. İranın iqtidarı da, müxalifəti də farsa xidmət edir. Azərbaycanlıların hüquqlarının qorunması üçün onların heç biri hər hansı addım atmaq fikrində deyillər və türklərin hüquqları barədə bir fikir belə dilə gətirmirlər. Nəyə görə milli mövqeyə xidmət edən azərbaycanlını dərhal həbs edirlər, amma Mir Hüseyn Musəvi həbs olunmur? Yəni bu bir oyundur və müxalifətin əli ilə milli hərəkatı boğmaq istəyirlər”.

Ə. Tağızadə İranda hakimiyyət uğrunda mübarizə aparan şəxslərin hamısının irançılığın saxlanılmasını başlıca prinsip olaraq qəbul etdiklərini vurğulayıb: “Azərbaycanlılar zaman-zaman təhqir olunur və bu proses bu gün də davam edir”. Təqib və təzyiqlərə baxmayaraq Ə. Tağızadə Güney Azərbaycanda milli oyanış hərəkatının başlandığını və insanların bu hərəkatdan geri çəkilmək fikrində olmadığını qeyd edib: “Həm də aksiyalara çıxan, milli şüarlar səsləndirən şəxslərin böyük əksəriyyəti gənclərdir və onlar hazırkı rejimə inanmırlar”. Ə. Tağızadə İranda proseslərin daha da sürətləndiyini və bu imperiyanın parçalanacağını qeyd edib. Konfransda DAK rəhbərliyinə daxil olan digər şəxslər çıxış edərək məsələ ilə bağlı fikir bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR