Bank Of Baku

Küveytdə “Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində tədbir keçirilib

Küveytdə “Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində tədbir keçirilib
# 18 fevral 2010 13:11 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Küveytin ən böyük gənclər təşkilatlarında biri olan LoYAC təşkilatının (Lozan Gənclər üçün Nailiyyətlər Mərkəzi) ofisində “Xocalıya Ədalət” beynəlxalq kampaniyasının təqdimatı keçirilib. Bu barədə APA-ya İslam Konfransı Təşkilatının Gənclər Forumunun mətbuat xidmətindən məlumat verib. Tədbirdə iştirak edən gənclər təşkilatlarının nümayəndələrinə və qonaqlara Xocalı faciəsi haqqında məlumat verilib, kampaniyanın internet səhifəsi və “Xocalı uşaqların gözü ilə” adlı fotosərgi nümayiş etdirilib.
Tədbirin sonunda Xocalı qətliamına hüquqi-siyasi qiymət verilməsinə çağıran dünya liderlərinə ünvanlanan petitsiya iştirakçılara təqdim edilib və imza toplanıb.

Qeyd edək ki, təqdimatda Azərbaycanın Küvetdəki səfiri Şahin Abdullayev də iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR