Bank Of Baku

Kiyevdə “Xocalı faciəsi. Konflikt nöqtələrinin inkişaf tarixi: Ukrayna və Azərbaycan” mövzusuna həsr olunmuş görüş keçirəcək

Kiyevdə “Xocalı faciəsi. Konflikt nöqtələrinin inkişaf tarixi: Ukrayna və Azərbaycan” mövzusuna həsr olunmuş görüş keçirəcək
# 19 fevral 2010 10:31 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın “İRƏLİ” İctimai Birliyi və Kiyevin “Молодежный Европейский Рух” şəhər təşkilatının təşəbbüsü ilə Kiyev şəhərində fevralın 20-də “Xocalı faciəsi. Konflikt nöqtələrinin inkişaf tarixi: Ukrayna və Azərbaycan” mövzusuna həsr olunmuş görüş keçirəcək. Bu barədə APA-ya “İRƏLİ” İctimai Birliyinin mətbuat katibi Aynur Həsənzadə bildirib. Məlumata görə, görüşdə Dağlıq Qarabağ Konflikti (1987-1994), Azərbaycanda, Ukraynada və digər ölkələrdə təhlükəsizlik sistemi barədə müzakirələr aparılacaq. Tədbir çərçivəsində 1992-ci il Xocalı faciəsinə həsr olunmuş filmin təqdimatı keçiriləcək.

Bu aksiya “İRƏLİ” İctimai Birliyinin Xocalı faciəsi ilə əlaqədar olaraq Avropanın 8 ölkəsində keçirilən tədbirlər silsiləsinə aiddir.
Ukrayna ilə yanaşı Fransada, Böyük Britaniyada, Almaniyada, Hollandiyada, Litvada, Latviyada və digər ölkələrdə də kütləvi aksiyalar və konfranslar keçiriləcək.
Görüşə yüksək rütbəli məmurlar, tarixçilər, politoloqlar, jurnalistlər, ictimai aktiv gənclər dəvətlidirlər. Konfrans iştirakçılarına Heydər Əliyev Fondu tərəfindən təqdim edilmiş kitablar, disklər və digər materiallar paylanacaq.

Qeyd edək ki, tədbir Kiyev şəhəri, Институтская küç 4, «Украина» mehmanxanası, konfrans zalında, saat 18:00-dan 20:00-a qədər davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR